Avropa İttifaqının xarici işlər nazirləri hesab edirlər ki, İran ətrafında atəşkəs İsrailin indiyə qədər qoşunlarını geri çəkməkdən imtina etdiyi Livana da şamil edilməlidir.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Lüksemburqda baş tutan Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
"Əlbəttə ki, biz Livandakı vəziyyəti müzakirə etdik və nazirlər atəşkəsin Livana da şamil edilməli olduğunu təsdiqlədilər", - deyə o bildirib.
Kallas həmçinin təsdiqləyib ki, Aİ ölkələri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edə bilməzlər, çünki bu barədə konsensus mövcud deyil.

Şərhlər