Moskvadan Naxçıvana uçan Rusiyanın Utair aviaşirkətinə məxsus sərnişin təyyarəsində insident yaşanıb.
Məlumata görə, təyyarə Xəzər dənizi üzərində hərəkətdə olarkən sərnişinlərdən biri tualeti axtararkən səhvən təyyarənin qapısını açmağa cəhd edib. Qadının qapını dartması nəticəsində təyyarədə həyəcan siqnalı işə düşüb.
Ekipajın operativ müdaxiləsi sayəsində vəziyyət qısa müddətdə nəzarətə götürülüb, siqnal söndürülüb və salonda hər hansı təhlükəli vəziyyət yaranmayıb. Hadisə nəticəsində təyyarənin uçuşuna və sərnişinlərin təhlükəsizliyinə ciddi təsir qeydə alınmayıb.
Bununla belə, təyyarə planlaşdırıldığı kimi Naxçıvana enə bilməyib. Buna səbəb bölgədə müşahidə olunan əlverişsiz hava şəraiti olub. Naxçıvan Hava Limanının uçuşları qəbul edə bilməməsi səbəbindən təyyarə alternativ olaraq Gəncə Beynəlxalq Hava Limanına istiqamətləndirilib və enişini orada həyata keçirib.
"AzPolitika.info"

Şərhlər