İran prezidentinin icra işləri üzrə müavini Məhəmmədcəfər Qaempanah ölkənin dondurulmuş 25 milyard dollarlıq aktivlərinin mərhələli şəkildə azad ediləcəyini bildirib.
Məlumata görə, Qaempanah qeyd edib ki, vəsaitlərin blokdan çıxarılması prosesi tədricən həyata keçiriləcək, lakin İran sonda bütün məbləğə çıxış əldə edəcək.
Onun sözlərinə görə, azad ediləcək maliyyə resurslarının əsas hissəsinin ölkənin infrastrukturunun inkişafına və iri layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
"AzPolitika.info"

Şərhlər