“NATO ona qarşı axmaq hərəkətə cavab verməyə hazırdır”
NATO-nun Baş katibi Mark Rutte Rusiyanın və şəxsən Vladimir Putinin ünvanına xəbərdarlıqla çıxış edib.
“AzPolitika” xəbər verir ki, Vaşinqtonda çıxışı zamanı Rutte NATO-nun müdafiə sənayesi əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu və 7-8 iyul tarixlərində Türkiyə paytaxı Ankarada keçiriləcək NATO sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri elan edəcəyini deyib.
O, bu görüşün “Vladimir Putinə alyansın bizə qarşı axmaq hərəkətə cavab verməyə hazır olduğuna dair güclü bir siqnal göndərəcəyini” bildirib: “Putin bizim öhdəliklərdən qorxmur; o, onları yerinə yetirəcəyimizdən qorxur və biz də məhz bunu edirik, Vladimir. Biz özümüzü müdafiə edəcəyik".
O, həmçinin NATO-nun müdafiə vasitələri istehsalında Rusiyadan üstün olduğunu bəyan edib: "Bu, ruslara bir siqnaldır: Biz sizin nə etdiyinizi bilirik və biz bu işdə daha yaxşıyıq".
Rutte bildirib ki, Alyans üzvü olan dövlətlər Ankaradakı sammitdə müdafiə xərcləri hədəflərinə sadiq olduqlarını vurğulayacaqlar.
Rutte deyib: "Zirvə toplantısının ilk günündə böyük bir müdafiə sənayesi günü keçirəcəyik. Çox sayda yeni müqavilə, niyyət məktubu və böyük müqavilələrin imzalandığını görəcəksiniz".
NATO-nun Baş katibi vurğulayıb ki, bu cür addımlar Alyansın həm öz vətəndaşlarına, həm də Rusiyaya qətiyyətini nümayiş etdirməlidir.
O, həmçinin NATO ölkələrinin sammitdə Ukraynaya dəstəyini bir daha təsdiqləyəcəklərini açıqlayıb: "Təhlükəsizliyimiz bir-birimizlə bağlıdır. Ukrayna Rusiyanın təcavüzünün bizi dayandırmayacağını göstərdi".
Bu arada “Politico” nəşri yazır ki, Türkiyədə keçiriləcək NATO sammitində Alyans üzvü ölkələr milyardlarla dollar dəyərində yeni müdafiə müqavilələri və hərbi istehsalın əhəmiyyətli dərəcədə genişləndirilməsi barədə açıqlama verməyi planlaşdırırlar.
Onlar həmçinin kollektiv müdafiə haqqında 5-ci maddəyə sadiq olduqlarını və Rusiyanın “uzunmüddətli təhdid” kimi gördüklərini bir daha təsdiqləmək niyyətindədirlər.
Birgə bəyannamə layihəsinin əsas məqamı müttəfiqlərin bu il Ukraynaya 70 milyard avroluq hərbi yardım ayırmaq öhdəliyidir. Bu onu göstərir ki, fikir ayrılıqlarına və ABŞ-nin ziddiyyətli hərəkətlərinə baxmayaraq, NATO prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Sanki avropalılar, şovinist Putini günü günden tehrik edirler ki, dünyanı alışdırsın. Göresen buna maraklıdırlar, yoxsa farkında deyillər. Putin açıq -açığına söyləməmişdimi ki, " avropalılar istəyirlər Rusiyanı yox etsinlər. Amma anlamırlar ki, Rusiya olmayacaqsa dünyada olmayacaq". Hansı ki, tarixdə Putin kimi dövlət başçıları üçün, onlardan sonra bir dünyanın qalmasını istəməyiblər və istəməzlər də. Onlar üçün ailə, millət bir təfərrüatdır. Varsa öz imicləri və bir də başında durduqları devlet.
Ukraynaya 70 milyard avroluq hərbi yardım ayırmaq öhdəliyi dedikdə
təbii ki, bu yardımlar əvəzsiz deyil və bu Ukrayna sağ qalarsa əgər sonradan faizi ilə geri alınacaq. Yəni Ukrayna müharibədən bəlkə də nə vaxtsa qurtarsa bele, Avropadan Ukrauynaya dirçeliş yox. Avropa Rusiyaya qarşı Ukraynanı günah keçisi və yaxud da qurbanlıq dana seçib, öz maraqlarını onun üzerinden təmin etmək peşindədirlər. Amma nə yazıq ki, Ukraynalıar bütün bunları görecek kadar kordular.