Rusiyanın dövlət kanalı olan “Rossiya-1” telekanalında Azərbaycana qarşı növbəti təxribatçı addım atılıb. Telekanalın efirində vaxtilə Qarabağı tərk etmiş hərbi cinayətkarlardan biri ilə müsahibə yayımlanıb. Diqqət çəkən məqamlardan biri isə hazırda Ukraynaya qarşı döyüşlərdə iştirak edən həmin şəxsin üzərində keçmiş qondarma separatçı rejimin rəmzinin iri planda nümayiş etdirilməsi olub.

"AzPolitika" xəbər verir ki, bu barədə jurnalist Vüsal Məmmədov sosial media hesabında  paylaşım  edib.

“Bu cür təxribatlarla Rusiya nəyə nail olmaq istəyir - özü bilər. Amma o separatçı tör-töküntülərinə boşuna ümid bağlamasın. Onlar döyüşə bilsəydilər, elə Qarabağda döyüşər, dabanlarına tüpürüb, aradan çıxmazdılar”, - deyə o yazıb.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı döyüşlərdə iştirak edən ermənilərdən ibarət “Arbat” adlı batalyon yaradılıbr. Məlumata görə, vaxtilə Azərbaycana qarşı silahlı fəaliyyət göstərmiş bəzi keçmiş separatçılar hazırda maddi maraq müqabilində həmin batalyonun tərkibində döyüşürlər.

"AzPolitika.info"