Menu

İsrail yenə Livanın cənubunu bombalayıb

29.06.2026, 08:37
İsrail yenə Livanın cənubunu bombalayıb

İsrail qüvvələri Livanın cənubunu bombalayıb. 

"AzPolitika" xəbər verir ki, bu barədə Livanın "NNA" xəbər agentliyi məlumat verib.

İsrailə məxsus pilotsuz uçuş aparatları da günortadan sonra Yuxarı Nəbatiyədəki Mənzələ bölgəsinə 4 hücum həyata keçirib.

Məlumatda İsrail hərbi qüvvələrinin Tire rayonundakı Buyut əs-Sayyad qəsəbəsinə doğru pulemyotlardan atəş açdığı da bildirilib.

Bundan əlavə Məcdəl Zun şəhəri yaxınlığına zərbələr endirib. 

Bununla da İsrail növbəti dəfə atəçkəslə bağlı razılaçmanı pozub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol