Ermənistanda "Güclü Ermənistan" Partiyasının lideri, "Taşir Group" holdinqinin prezidenti Samvel Karapetyan ölkənin baş naziri Nikol Paşinyan hakimiyyətinin devrilməsi ilə bağlı "gizli plan"larının olduğunu açıqlayıb.

"AzPolitika" xəbər verir ki, Karapetyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Bizim gizli planımız var və onu açıqlamayacağam. Paşinyanın mümkün qədər tez hakimiyyətdən uzaqlaşdırılması üçün ən qısa yolu seçəcəyik. Zərurət yaranarsa, küçə hərəkatı da səfərbər ediləcək. Lakin hazırda hüquqi yolla irəliləyirik", – deyə o bildirib.

Karapetyan əlavə edib ki, müxalifətin birləşməsi ilə bağlı çağırışına bir sıra siyasi qüvvələr müsbət cavab verib. Onun sözlərinə görə, müxalifət liderlərinin görüşünün keçirilməsi barədə qərar isə Ermənistan Konstitusiya Məhkəməsi qərarından sonra veriləcək.

"AzPolitika.info"