Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nəhəng tender elan edib.
"AzPolitika" İqtisadiyyat.az-a istinadla xəbər verir ki, qurum fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərini təkmilləşdirmək niyyətindədir.
Belə ki, tenderdə AYNA-nın fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstək xidmətinin göstərilməsi nəzərdə tutulur.
Hazırda AYNA sözügedən işləri icra edəcək IT şirkəti axtarışındadır və qurum bu təkmilləşdirmə işlərinin icrasına 13 milyon 830 min manat vəsaitin xərclənəcəyini proqnozlaşdırıb.

Şərhlər