İsrail ABŞ-nin maliyyə dəstəyindən imtina etməyə hazılaşır.
"Azpolitika" xəbər verir ki, bununla bağlı İsrail hökumətinin planlarını Baş nazir Benyamin Netanyahu açıqlayıb.
Netanyahu deyib ki, Amerika yardımından imtina etmək istəyir:
"Bu, sosial yardım kimidir. Mən bunu istəmirəm".
Baş nazirin sözlərinə görə, o, İsrailin on il ərzində ABŞ-dən asılılığını tədricən azaltmasını istəyir.
Netanyahu bu istəyi İsrail iqtisadiyyatının uğuru ilə əlaqələndirib.
O qeyd edib ki, ABŞ-ın maliyyələşdirməsi ÜDM-in yalnız kiçik bir hissəsini təşkil edir, İsrail isə artıq yalnız öz resurslarına güvənmək üçün kifayət qədər maliyyə imkanlarına malikdir.

Şərhlər