Yeni peyk görüntüləri İranın Nətənz, Fordo və İsfahan nüvə obyektləri ətrafında logistik və müdafiə xarakterli dəyişikliklərin baş verdiyini göstərir.
Yüksək dəqiqlikli peyk şəkillərində obyektlər ətrafında dəstək texnikasının yerləşdirilməsi, yeraltı tunellərin girişlərində maneələrin qurulması və müdafiə infrastrukturunda dəyişikliklər müşahidə olunur.
Nətənz nüvə obyektində "Kələng Gəzla" dağı yaxınlığındakı yeraltı tunellərin qərb girişində bir neçə nəqliyyat və dəstək vasitəsi qeydə alınıb. Fordo uranın zənginləşdirilməsi obyektinin peyk görüntülərində isə mühafizə olunan əraziyə aparan əsas yollarda yeni fiziki maneələrin yaradıldığı görünür. İsfahan nüvə kompleksindən yayımlanan görüntülərdə də yeraltı tunellər şəbəkəsi ətrafında oxşar müdafiə dəyişikliklərinin olduğu qeyd edilir.
"AzPolitika.info"






Şərhlər