ABŞ Prezidenti Donald Tramp “CNBC” telekanalına müsahibəsində İranla bağlı açıqlamalar verib.
"AzPolitika" xəbər verir ki, Tramp İranla yaşanan gərginliyi tammiqyaslı müharibə kimi deyil, ölkənin nüvə proqramının qarşısının alınmasına yönəlmiş proses kimi qiymətləndirib. O bildirib ki, İranın nüvə silahına sahib olmasına imkan verilə bilməz.
ABŞ prezidenti İranın uzun illər regionda sərbəst hərəkət etdiyini iddia edərək, bu ölkəni ərköyün uşağa bənzədib. Onun sözlərinə görə, İrana qarşı daha sərt siyasət yürüdülməsi Tehranın buna alışmasını çətinləşdirir.
İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini bildirən Tramp, ölkənin donanması, hava qüvvələri və radar sistemlərinin məhv edildiyini, hərbi rəhbərliyin isə zərərsizləşdirildiyini söyləyib. Bununla yanaşı, o, məqsədinin İranda rejim dəyişikliyi olmadığını vurğulayıb.
"Rejim dəyişikliyi məqsədim deyil. Mənim əsas istəyim İranın nüvə silahına sahib olmamasıdır", – deyə Tramp bildirib.
“AzPolitika.info”

Şərhlər