Fransada iyun ayında müşahidə olunan güclü isti hava dalğası nəticəsində 22–28 iyun tarixləri arasında əvvəlki illərin eyni dövrü ilə müqayisədə 2 min 25 əlavə ölüm qeydə alınıb.

Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, 22 iyunla başlayan həftədə ölüm halları əvvəlki həftə ilə müqayisədə 30 faiz artıb. Onun sözlərinə görə, isti hava dalğası ölkədə ölüm göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Nazirlik daha əvvəl də 24–28 iyun tarixlərində isti hava ilə əlaqəli təxminən 1000 əlavə ölümün qeydə alındığını açıqlamışdı.

İyunun sonlarında təxminən iki həftə davam edən isti hava dalğası Fransada nəqliyyat, səhiyyə, təhsil və istehsal sahələrinə mənfi təsir göstərib. Paytaxt Parisdə təkcə iyunun 26-da 109 nəfər yüksək temperatur səbəbindən həyatını itirib.

Meteoroloqlar ölkə üzrə gələn həftədən etibarən yeni isti hava dalğasının təsirli olacağını proqnozlaşdırırlar.

"AzPolitika.info"