Norveç Ukraynaya raket tədarük edəcəyinə dair hər hansı öhdəlik götürməyib.

"AzPolitika" xəbər verir ki, bu barədə Norveç müdafiə nazirinin müavini Andreas Flom bildirib.

A.Flom Norveçin raketlərin tədarükü və ödənişini öz üzərinə götürməsi barədə iddiaları təkzib edib. Nazir müavini qeyd edib ki, rəsmi Oslo yalnız Kiyevin bu silahları almaq imkanı olacağı təqdirdə hava hücumundan müdafiə sistemləri üçün raketlərin pulunu ödəməyə hazır olduğunu ifadə edib.

"VG qəzetinin Norveçin raketlərin tədarükü və ödənişi ilə bağlı öhdəliklər götürməsi barədə iddiası yanlışdır", — deyə A.Flom bildirib.

O, qlobal miqyasda müasir HHM sistemlərinin qıtlığı səbəbindən raketlərin əldə edilməsinin çətin bir vəzifəyə çevrildiyini diqqətə çatdırıb.