Rusiya çərkəz xalqına qarşı törətdiyi soyqırımını tanımalı, imperialist siyasətindən imtina etməli və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır.
"Azpolitika" Teleqraf-a istinadla xəbər verir ki, bunu Litva Media Assosiasiyasının direktoru, Litva Seyminin sabiq üzvü Gintaras Songaila Şuşada keçirilən “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı keçirilən beynəlxalq konfransda deyib.
G.Songaila bildirib ki, XIX əsrdə çərkəzlərin təxminən 90 faizi soyqırımına məruz qalıb, onların tarixi vətəni dağıdılıb, xalq isə dünyanın müxtəlif bölgələrinə səpələnib:
“Bu gün də çərkəz mədəniyyəti təqiblərlə üzləşir və yox olmaq təhlükəsi altındadır”.
G.Songailanın sözlərinə görə, Litva yaxın gələcəkdə Rusiya imperiyası tərəfindən çərkəz xalqına qarşı törədilmiş soyqırımını tanıyacaq.
O əlavə edib ki, bundan sonra Litva BMT çərçivəsində çərkəzlərin tarixi vətəninin tanınması məsələsini gündəmə gətirə bilər.
“Rusiya imperialist siyasətindən imtina etməli və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır”.

Şərhlər