Azərbaycanda son illərdə sinir sistemi xəstəlikləri səbəbindən qeydə alınan ölüm hallarının sayında nəzərəçarpacaq artım müşahidə edilir.

"AzPolitika" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2019-cu ildə bu xəstəliklərdən 848 nəfər, 2020-ci ildə isə 740 nəfər həyatını itirib. Lakin 2021-ci ildə göstərici kəskin yüksələrək 2520 nəfərə çatıb. Sonrakı illərdə də ölüm sayı yüksək səviyyədə qalıb. Belə ki, 2022-ci ildə 2455 nəfər, 2023-cü ildə 2146 nəfər, 2024-cü ildə isə 2286 nəfər sinir sistemi xəstəlikləri səbəbindən vəfat edib.

Bundan başqa, baş və onurğa beyni travmaları, meningit və ensefalit kimi infeksiyalar, eləcə də immun sisteminin sinir toxumalarına hücum etdiyi autoimmun xəstəliklər sinir sistemində ciddi zədələnmələrə səbəb ola bilər.

Həkimlər bildirirlər ki, yüksək qan təzyiqi, şəkərli diabet və digər damar xəstəlikləri beyin qan dövranını pozaraq insult riskini yüksəldir. Xroniki stress, yuxu çatışmazlığı, siqaret və alkoqol istifadəsi, həmçinin ətraf mühitdəki zərərli maddələr də sinir sisteminə mənfi təsir göstərən əsas risk amilləri hesab olunur.

"AzPolitika.info"