Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 163,7 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 9 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 82 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % artaraq 6 milyard 459,2 milyon manat olub.

Şərhlər