Niderland Ukraynaya birbaşa hərbi yardım göstərmək imkanlarının artıq tükəndiyini bəyan edib.

Bu barədə ölkənin müdafiə naziri Dilan Yeşilgöz "Bloomberg" agentliyinə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Niderland bundan sonra digər ölkələri Ukraynaya dəstək verməyə çağıracaq, lakin ölkəsi öz imkanları çərçivəsində mümkün olan bütün yardımı artıq göstərib.

"Niderland olaraq artıq əlavə imkanlarımız qalmayıb. Çünki bacardığımız qədər yardım etmişik", – deyə o vurğulayıb.

O, Ukraynanın "Patriot" zenit-raket kompleksləri ilə bağlı yeni müraciətləri barədə suala cavabında isə ölkəsinin imkanlarının son həddinə çatdığını bildirib.

Qeyd edək ki, Niderland indiyədək Ukraynaya hərbi dəstək üçün 9,1 milyard avro ayırıb. 

"AzPolitika.info"