NATO-nun Türkiyədə keçirilən sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron çətin vəziyyətlə üzləşib.
"AzPolitika" xəbər verir ki, fransalı lider Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanla görüşərkən ona qarşı centlemenlik nümayiş etdirməyə çalışıb və əlini öpmək istəyib.
Lakin Türkiyənin birinci xanımı Makronun bu nəzakət jestindən yayınaraq əlini geri çəkib. Nəticədə Fransa prezidenti ünsiyyət zamanı qeyri-adi və xəcalətli anlar yaşayıb.
Diplomatik protokollarda və yerli mədəniyyətlərdə bu cür jestlər fərqli qarşılana bildiyi üçün Makronun bu addımı sammitin ən çox müzakirə olunan kadrlarından birinə çevrilib.

Şərhlər