Menu

43 yaşlı kişini sel apardığı ehtimal edilir

08.07.2026, 16:19
43 yaşlı kişini sel apardığı ehtimal edilir

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol