Venesuelada baş verən güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.
Parlamentin sədri Xorxe Rodriqes bildirib ki, iyulun 8-nə olan məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 3811 nəfərə, yaralananların sayı isə 16 min 740 nəfərə çatıb.
Onun sözlərinə görə, indiyədək 6462 nəfər xilas edilib, 86 min 794 ailəyə müxtəlif növ humanitar yardım göstərilib. Xorxe Rodriqes əlavə edib ki, axtarış-xilasetmə və bərpa işləri davam edir, dövlət qurumlarının əməkdaşları isə hadisə bölgəsində fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirirlər.
"AzPolitika.info"

Şərhlər