Menu

Böyük Britaniyada Məhəmməd adı yenidən liderdir

09.07.2026, 18:17
Böyük Britaniyada Məhəmməd adı yenidən liderdir

İngiltərə və Uelsdə yeni doğulan oğlan uşaqlarına qoyulan adlar arasında lider dəyişməyib. Rəsmi statistika göstərir ki, Məhəmməd (Muhammad) adı ardıcıl olaraq artıq üçüncü ildir ki, ölkədə ən populyar oğlan adı seçilir.

"AzPolitika" xəbər verir ki, Birləşmiş Krallığın Milli Statistika Ofisinin (ONS) məlumatlarına əsaslanan xəbər agentliklərinin yaydığı xəbərə görə, burada söhbət məhz adın spesifik olaraq "Muhammad" yazılış formasından gedir. Maraqlıdır ki, ölkə üzrə ən populyar ilk 50 adın siyahısında bu adın fərqli fonetik variantları (məsələn, "Mohammed" və "Mohammad") da yer alıb. Əgər bu fərqli yazılış formaları da ümumi statistikada birləşdirilsə, adın liderliyi daha böyük fərqlə qeydə alınır.

Böyük Britaniyada valideynlərin ən çox üstünlük verdiyi ilk beşlikdə isə vəziyyət belədir:

Muhammad (Məhəmməd)

Noah (Nuh)

Leo

Luca (Luka)

Arthur (Artur)

Ekspertlər bu tendensiyanı ölkədəki demoqrafik dəyişikliklər, eləcə də müsəlman icmasının ailə dəyərlərinə və ənənəvi adlara olan sadiqliyi ilə əlaqələndirirlər. Siyahının sonrakı yerlərində gələn Noah (Nuh) və Leo kimi klassik Avropa adları da son illərdə öz populyarlığını qoruyub saxlaya bilib.

"AzPolitika.info"

Şərhlər

Türk Turan 2026-07-10 01:07:32

Məhəmməd yox, ay "AzPolitika.info", Muhəmməd. Peyğəmbərimizin adını düzgün yazın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol