İranın Ermənistandakı yeni səfiri Şirqulaminin Azərbaycan və Türkiyə prezidentlərinin İranın sabiq rəhbərinin dəfn mərasimində şəxsən iştirak etməmələri ilə bağlı gileylənməsinə politoloq Fərhad Məmmədov kəskin reaksiya verib.
İran səfirinin Azərbaycan və Türkiyə liderlərinin dəfndə iştirak etməməsinin tarixi yaddaşda qalacağı barədə iddiasına cavab verən politoloq xatırladıb ki, dövlətlərin bu cür mərasimlərdə təmsilçilik səviyyəsi məhz qarşılıqlı tarixi yaddaşın nəticəsidir. Fərhad Məmmədov misal olaraq bildirib ki, 2003-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dəfn mərasimində İran cəmi bir vitse-prezident səviyyəsində, yəni baş nazirin müavini statusunda nümayəndə heyəti ilə təmsil olunmuşdu.
Ekspert qeyd edib ki, cənab Şirqulaminin bəhs etdiyi o tarixi yaddaş elə Azərbaycanın da yaddaşında mövcuddur və rəsmi Bakının mərasimdəki təmsilçilik səviyyəsi məhz bu tarixi yaddaşın məntiqi nəticəsidir.
Şərhinin sonunda Fərhad Məmmədov İran səfirinə xəbərdarlıq edərək, onun Azərbaycan və Türkiyə prezidentlərinin adlarını bu kontekstdə çəkməzdən əvvəl dərindən düşünməli olduğunu diqqətə çatdırıb.
Rasim
"AzPolitika.info"

Şərhlər