Menu

Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur

10.07.2026, 15:23
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Radio France" kanalında yayımlanan materialları tənqid edib.

"AzPolitika" xəbər verir ki, diplomat sosial media hesabında kanalın efirində revanşist və separatçı ideologiyanı təbliğ edən fikirlərə yer verilməsinin qəbuledilməz olduğunu bildirib:

"Reallığı təhrif edən və faktları inkar edən bu cür yanaşmalar dezinformasiyanın yayılmasına xidmət edir, eyni zamanda Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinə mənfi təsir göstərir. İctimaiyyət yanlış informasiyalarla çaşdırılmağa deyil, obyektiv və ciddi şəkildə məlumatlandırılmağa layiqdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol