Menu

Ekspertlərdən Ukraynaya xəbərdarlıq: "Patriot" istehsalı uzun vaxt aparacaq

12.07.2026, 16:18
Ekspertlərdən Ukraynaya xəbərdarlıq: "Patriot" istehsalı uzun vaxt aparacaq

Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerli istehsalına başlaması ən azı bir il çəkəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə “Military Watch Magazine” (MWM) jurnalı məlumat yayıb.

Müdafiə mütəxəssislərinə istinadən dərc olunmuş məqalədə iddia olunur ki, Ukraynada bu cür istehsalın qurulması 12 aydan 24 aya qədər vaxt aparacaq. Kiyevin əhəmiyyətli istehsal həcmlərinə nail olmaq üçün daha uzun müddətə ehtiyacı olacaq.

Nəşrin müəlliflərinin qeyd edir ki, "Patriot" raketlərinin yaradılması texniki cəhətdən mürəkkəb komponentlər tələb edir. Hazırda Ukraynada heç kim lazımi hissələri istehsal etmir.

Bu fonda müşahidəçilər Kiyevə ən azı yaxın gələcəkdə Amerika Patriot raket sistemlərinin istehsalı üçün lisenziya verilməsinin onun müdafiə qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcəyi qənaətinə gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol