Menu

Paytaxtda yaşayış binasında yanğın: Xəsarət alanlar var

13.07.2026, 10:21
Paytaxtda yaşayış binasında yanğın:  Xəsarət alanlar var

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "AzPolitika"ya bildirilib ki, iyulun 12-də saat 22:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub.

1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol