Fransanın milli bayramı – 14 İyul Bastiliya Günü münasibətilə Parisdə keçirilən ənənəvi hərbi parad qeyri-adi musiqi seçimi ilə diqqət çəkib.

Paradda Fransa Ordusuna məxsus zirehli texnika "The Avengers" filminin musiqisi sədaları altında Yelisey çölləri boyunca hərəkət edib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər milyonlarla baxış toplayıb və istifadəçilər tərəfindən "Film səhnəsini xatırladır" kimi şərhlərlə qarşılanıb.

Fransa Müdafiə Nazirliyi bildirib ki, builki parad "Avropanın strateji oyanışı" mövzusuna həsr olunub. Tədbirdə 6 mindən çox hərbçi, 300-dən artıq hərbi texnika, döyüş təyyarələri və helikopterlər iştirak edib. 

Parada Ukrayna və digər Avropa ölkələrinin hərbçiləri də qatılıblar.

"AzPolitika.info"