Almaniyanın avtomobil nəhəngi BMW yanğınlara səbəb ola biləcək elektrik problemləri səbəbindən ABŞ-da 29 min 119 avtomobili geri çağırmağa başlayıb.

"AzPolitika" xəbər verir ki, "Reuters" agentliyinin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.

Məlumata görə, nəqliyyat vasitələrindəki mühərrikin işə salma hissəsinin korroziyaya uğradığı, qısaqapanmaya və sonradan nəqliyyat vasitəsinin yanmasına səbəb ola biləcəyi aşkar edilib.

Geri çağırış 530e xDrive, 740Le xDrive və bəzi BMW iPerformance avtomobil modelləri də daxil olmaqla bir neçə modelə təsir göstərir.

Geri çağırma kampaniyasının bir hissəsi olaraq, BMW dilerləri mühərrik starterini pulsuz olaraq dəyişdirəcəklər.