ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda əsas diqqəti Hörmüz boğazı yaxınlığında yerləşən İran qüvvələrinin məhv edilməsinə yönəltdiyini bildirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ liderinin sözlərinə görə, Amerika hərbçiləri İranın sahilboyu hərbi mövqelərinə güclü zərbələr endirirlər.

“Biz onlara çox güclü zərbələr endiririk. Sahil boyunca malik olduqları hər şeyi hədəfə alırıq”, - deyə Tramp bildirib.

O, ABŞ hücumlarının nəticəli olduğunu iddia edərək Hörmüz boğazı ətrafında İran qüvvələrinə məxsus obyektlərin sayının xeyli azaldığını vurğulayıb.

Tramp daha əvvəl də ABŞ-nin İranın Hörmüz boğazında gəmiçiliyə nəzarət imkanlarını tamamilə aradan qaldırmaq niyyətində olduğunu açıqlamışdı.