Menu

Hava yenidən pisləşir - Leysan yağış və dolu yağacaq

15.07.2026, 21:39
Hava yenidən pisləşir - Leysan yağış və dolu yağacaq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

"AzPolitika" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Milli Hidrometeorologiya Xidməti vətəndaşlara hava şəraitini nəzərə almağı, xüsusilə dağlıq ərazilərə səfər edənlərin ehtiyatlı olmalarını tövsiyə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol