CHP-də yaşanan daxili böhrandan sonra yeni siyasi partiyanın yaradılması istiqamətində hazırlıqlar davam edir.

"AzPolitika" xəbər verir ki, Özgür Özəl jurnalistlərə açıqlamasında yeni partiyanın yaradılması ilə bağlı ilk addımların iyulun sonu - avqustun əvvəlləri atılacağını bildirib.

Onun sözlərinə görə, partiyanın adı və loqosu üzərində iş aparılır. Özəl qeyd edib ki, ümumi qəbul edilən ad artıq müəyyənləşib, lakin hələlik onu açıqlamaq istəmir.

"Adı xalq müəyyənləşdirir, mən hələ müəyyən etməmişəm. Hələlik ona "Yeni Partiya" deyək", - deyə o bildirib.

Özgür Özəl əlavə edib ki, hüquqi prosedurlar başa çatdıqdan sonra seçilmiş vilayət rəhbərləri ilə koordinasiyalı şəkildə növbəti mərhələyə keçəcəklər.