İsrail Baş naziri Benyamin Netanyahu parlamentdə müxalifətin kəskin etirazı ilə qarşılaşıb.
“AzPolitika” xəbər verir ki, Netanyahunun qatıldığı Knessetin iclasından görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Müxalif qüvvələri təmsil edən deputatlar zala daxil olan Benyamin Netanyahunun ünvanına "Utan!" və "Rədd ol!" şüarları səsləndiriblər.
Hadisə İsrail Müdafiə Qüvvələrində (İMQ) məcburi xidmətdən yayınan ultra-ortodoks (Haredi) kişilərin həbsini və təqibini müvəqqəti olaraq qadağan edən mübahisəli qanun layihəsi ilə bağlı qızğın müzakirələr və sonradan səsvermə zamanı baş verib. Müxalifət baş naziri hakim koalisiyanın qorunması üçün ultra-ortodoks partiyalara güzəştə getməkdə günahlandırıb.
“AzPolitika.info”

Şərhlər