Menu

Ukraynada etiraz aksiyaları - Fyodorovun istefası gərginliyə səbəb olub + VİDEO

16.07.2026, 14:04
Ukraynada etiraz aksiyaları - Fyodorovun istefası gərginliyə səbəb olub + VİDEO

Ukraynanın hər yerində Müdafiə Nazirliyindəki kadr dəyişikliyinə - Mixail Fyodorovun nazir vəsifəsindən çıxarılmasına qarşı etiraz aksiyaları keçirilir. 

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, artıq Kiyev, Lvov, Ternopol, Xarkov, Odessa, Krivoy Roq, İvano-Frankovsk və Dneprdə etirazlar başlayıb.

Məlum olduğu kimi, Fyodorovun yerinə DİN başçısı Klimenkonun təyin edilməsi nəzərdə tutulub. Lakin jurnalist Yevqeni Plinskinin dediyinə görə, hələlik bu təyinat üçün deputatların lazım olan sayda səsini təmin etmək mümkün olmur. 

"Klimenkoya qarşı heç bir narazılıq yoxdur, lakin deputatlar Fyodorova ictimai dəstəyi görməzdən gəlməyə hazır deyillər", - deyə o bildirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol