Bakı və İrəvan artıq "real sülh" şəraitində yaşayırlar, lakin yekun sülh sazişinin imzalanması hələ də Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsindən asılıdır.
"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Azərbaycan əsas qanundan ərazi iddiaları kimi qiymətləndirdiyi müddəaların çıxarılmasında israr edir. Hacıyev qeyd edib ki, bu məsələ həll olunduqdan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq.
O, həmçinin bildirib ki, Bakı ABŞ-dən TRIPP nəqliyyat dəhlizi üzrə işlərin artıq bu payızda başlanması ilə bağlı "ciddi və müsbət siqnallar" alıb.
Hacıyevin sözlərinə görə, Azərbaycan layihənin tezliklə reallaşacağına ümid edir, Zəngilana qədər olan infrastruktur isə əsasən 2026-cı ilin sonunadək tamamlanacaq ki, bu da gələcəkdə onu Ermənistan və Türkiyədən keçən marşrutlarla birləşdirməyə imkan verəcək.
"AzPolitika.info"

Şərhlər