Macarıstanın yeni hakimiyyəti keçmiş xarici işlər naziri Peter Siyartonun Rusiya ilə əlaqələrinə dair araşdırmaya başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Macarıstan mediası məlumat yayıb.
Macarıstanın yeni Baş naziri Peter Madyar hələ seçki kampaniyası zamanı hakimiyyətə gələcəyi təqdirdə belə bir araşdırma başladacağına söz vermişdi. O, Siyartonu hətta vətənə xəyanətdə ittiham edib.
Dünən keçirilən mətbuat konfransında jurnalistlər Madyardan hakimiyyət orqanlarının araşdırmaya başlayıb-başlamadığını soruşublar. Baş nazir hüquq-mühafizə orqanlarının işi araşdırdığını təsdiqləyib, lakin heç bir təfərrüat verməyib: "Orada məxfi sənədlər, Xarici İşlər Nazirliyinin sənədləri və digər sənədlər var. Nəticə əldə edildikdə sizə məlumat verəcəyik".
Peter Siyarto 2014-cü ilin sentyabrından 2026-cı ilin mayına qədər Macarıstanın xarici işlər naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın şəxsi nümayəndəsi olub.
Siyarto son seçkilərdə deputat mandatı qazansa da, Çinin “BYD” şirkətindən iş təklifi aldığı üçün mandatdan imtina edib və Çin şirkətində çalışmağa üstünlük verib.
“AzPolitika.info”

Şərhlər