İranın Küveytə endirdiyi zərbələr nəticəsində elektrik stansiyası və su şirinləşdirici qurğu zədələnib.
"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilib ki, hücum nəticəsində stansiyanın obyektləri zədələnib, yanğın baş verib və enerji istehsal edən qurğular sıradan çıxıb.
Bununla əlaqədar qurum vətəndaşları fövqəladə vəziyyət şəraitində elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb. Qeyd edilib ki, əhalinin dəstəyi zədələnmiş infrastrukturun bərpasına kömək edəcək.
Xatırladak ki, İran son günlər ABŞ bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə zərbələr endirir. Bu zərbələr cavab xarakteri daşıyır, çünki ABŞ İranın infrastrukturunu vurur.

Şərhlər