İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.
Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə, infrastrukturlara və mülki ərazilərə hücumlara cavab olaraq" endirilib.
Məlumata görə, hücumlarda ABŞ ordusunun Əl-Udeyd düşərgəsindəki sursat anbarı, Küveytdəki "Əli əs-Salim" bazasındakı "Patriot" və hava radarları hədəf alınaraq məhv edilib.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, iyulun 17-də İordaniyadakı Amerika hərbi obyektlərinə endirilən zərbələr nəticəsində iki hərbçi həlak olub, biri isə itkin düşüb.

Şərhlər