Menu

"Partner Finance" 1 milyon manatlıq istiqraz buraxır

20.07.2026, 14:14
"Partner Finance" 1 milyon manatlıq istiqraz buraxır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Partner Finance" QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"AzPolitika" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək, 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Prosesin anderrayteri "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir.

Xatırladaq ki, "Partners Finance" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 152 min manatdır. Şirkətin səhmdarları hər biri 32,89 % payla Anar Nuriyev, Şamama Qurbanova və Nərmin İsmayılzadə, 1,33 % payla Nübuvvət Rzayevdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol