Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin mütəxəssisləri Rusiya FTX (FSB) əməkdaşlarının Xerson vilayətinin işğal olunmuş hissəsindəki pansionatlardan birində yerləşən koordinasiya mərkəzini və dislokasiya yerini vurublar.

"AzPolitika" xəbər verir ki, UTX-nin ilkin qiymətləndirmələrinə görə, orada 100-ə yaxın hərbçi olacağı ehtimal edilir. 13 dronun tətbiq edildiyi zərbələrdən sonra ərazidə irimiqyaslı yanğın başlayıb.

Bundan əlavə, Xidmətin bəyanatında qeyd olunur ki, ərazidə 100-dən çox avtomobil yerləşdirilib, həmçinin nəzarət-buraxılış məntəqələri, mühəndis maneələri və yeraltı sığınacaqlar quraşdırılıb. UTX vurğulayıb: "Bu cür xüsusi əməliyyatlar müvəqqəti işğal olunmuş ərazilərdə düşmənə hiss olunacaq itkilər yetirir, idarəetmə və koordinasiya sistemini pozur, FTX bölmələrinin logistikasını və təminatını çətinləşdirir".

"AzPolitika.info"