Ermənistan parlamentində yeni çağırış üzrə mandatların paylanması ərəfəsində siyasi kuluarlarda ciddi kadr dəyişiklikləri və qalmaqallı istefalar yaşanır. Həm hakimiyyət, həm də müxalifət düşərgəsində bir sıra tanınmış simalar deputat mandatından imtina edərək ərizələrini təqdim ediblər.

Keçmiş Ermənistan Komunist Partiyasının üzvü və ölkənin ABŞ-dəki sabiq səfiri Lilit Makunts parlamentdəki deputatlıq vəzifəsindən istifa etdiyini açıqlayıb. O, artıq rəsmi istifa ərizəsini təqdim edib.

Makuntsun bu addımı onun Baş nazir Nikol Paşinyanın Aparat rəhbəri vəzifəsinə gətiriləcəyi ilə bağlı yayılan şayiələri daha da gücləndirib. Lakin hələlik Makuntsun özündən bu məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

Xatırladaq ki, hakim "Mülki Müqavilə" partiyasının rəhbərliyi hökumətin rəhbər heyətində ciddi dəyişikliklər planlaşdırılmadığını bəyan etsə də, Aparat rəhbəri postu ilə bağlı dəqiq mövqe bildirməyib. Yerli mətbuat Paşinyanın yaxın silahdaşı Arayik Harutyunyanı bu vəzifəyə yenidən təyin etmək niyyətində olmadığını yazır. Maraqlıdır ki, nə Harutyunyan, nə də Paşinyan bu xəbərləri təkzib edib. Bütün bunlara baxmayaraq, Harutyunyan hələ ki deputat mandatından imtina ərizəsi yazmayıb.

Siyasi proseslərdə ən diqqətçəkən məqamlardan biri iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermenistan" blokunda yaşanır. Parlamentə daxil olmağa haqq qazanan 29 namizəddən üçü artıq deputat mandatından imtina etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) başvurub.

Mandatdan imtina edən şəxslər bunlardır:

-Qohar Meloyan (Konstitusiya Məhkəməsində bloku təmsil edən hüquqşünas);

-Liliya Şuşanyan (Sabiq Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini);

-Avetis Arakelyan (Gümrü merinin müavini).

Həm Meloyan, həm də Paşinyan hökumətində çalışmış Liliya Şuşanyan parlamentdə fəaliyyət göstərmək istəməmələrinin səbəbləri barədə heç bir şərh verməyiblər. Siyasi müşahidəçilər onların muhalifətdə fəaliyyət göstərmək statüsünə hazır olmadıqlarını ehtimal edirlər.

Həbsdə olan Vardan Qukasyanın kürəkəni, Gümrü merinin müavini Avetis Arakelyanın mandatdan imtina etməsi isə onun yerli icra hakimiyyətindəki postunda qalmaq üstünlüyü verməsi ilə izah olunur.

Digər müxalifət qruplaşması olan "Ermənistan" blokunda isə hər hansı kadr intriqası müşahidə olunmur. Blokun lideri, Ermənistanın ikinci prezidenti Robert Koçaryan keçid dövrü mandatından istifadə etməyəcəyini və parlamentə getməyəcəyini bildirib.

Sabah Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlara rəsmi vəsiqələr təqdim olunacaq. Həm "Ermənistan", həm də "Güclü Ermənistan" bloklarının deputatları şəxsən MSK-ya getməyəcəklər - vəsiqələri onların rəsmi nümayəndələri təhvil alacaqlar.

Rasim Əliyev

“AzPolitika.info”