Bu gün səhər saatlarında Şiraz şəhərində bir obyekt ABŞ-nin hava hücumuna məruz qalıb. 

SEPAH-a bağlı "Tasnim" xəbər agentliyi hücumun baş verdiyini təsdiqləyib.

Eyni zamanda, Mərkəzi əyalətinin Xomeyn şəhərində bir sənaye müəssisəsinin də hədəfə alındığı bildirilib. Məlumata görə, hücum yerli vaxtla saat 19:00 radələrində şəhər kənarında yerləşən sənaye obyektinə edilib.

Bundan əlavə, "Mehr News" Fars körfəzi sahilində yerləşən Sirik yaşayış məntəqəsi yaxınlığında bir neçə partlayış səsinin eşidildiyini xəbər verib. Yerli mənbələr Bəndər Abbas ətrafında da partlayış səslərinin eşidildiyini bildirirlər.

"AzPolitika.info"