Menu

Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı - RƏSMİ

22.07.2026, 10:41
Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı - RƏSMİ

Bu ilin ilk 6 ayında 59 uşaq müəssisədən öz bioloji ailəsinə qaytarılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 28-i qız, 31-i oğlandır.

"Aparılan sosial iş, ailələrin qiymətləndirilməsi və dəstək tədbirləri nəticəsində 162 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 90-ı qız, 72-si oğlandır", - məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol