Britaniyanın yeni baş naziri Endi Bernhem ABŞ qüvvələrinin İrana qarşı əməliyyatlar zamanı Britaniyaya məxsus hərbi bazalardan istifadəsini təsdiqləyib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata əsasən, ABŞ İranın raket təhdidinə qarşı həyata keçirdiyi əməliyyatlar və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasından və İngiltərədə yerləşən RAF Fairford aviabazasından istifadə etməyə davam edə biləcək.

Agentliyin yazdığına görə, bazar ertəsi vəzifəsinin icrasına başlayan Bernhem bu qərarla bağlı məlumatlandırılıb və onu dəstəkləyib. Mənbələrin sözlərinə görə, bu addım Britaniya hərbi bazalarının ABŞ-nin İrana qarşı davam edən əməliyyatlarında istifadə olunmasına imkan yaradır. 

"AzPolitika.info"