Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin (SBR) bölmələri Qara və Azov dənizi akvatoriyasında, eləcə də işğal olunmuş Krım yarımadasında genişmiqyaslı xüsusi əməliyyatları davam etdirir.
"AzPolitika" xəbər verir ki, SBR komandanı "Madyar"ın verdiyi məlumata görə, iyulun 21-dən 22-dək keçirilən “MoLoChKa” əməliyyatı çərçivəsində təcavüzkar ölkənin maraqlarına xidmət edən kölgə donanmasına aid daha 13 gəmi xəbərdarlıq atəşi və zərbələrlə zərərsizləşdirilib. Bunlardan 1-i tanker, 10-u quru yük gəmisi, 2-si isə pukserdir (yedək gəmisi).
İyulun 6-dan 22-dək olan dövrdə isə bu əməliyyat çərçivəsində ümumilikdə 196 suüstü nəqliyyat vasitəsi vurulub:
-Azov dənizində: 126 gəmi;
-Qara dənizdə: 70 gəmi.
Eyni zamanda, iyulun 21-22 tarixlərində keçirilən “Krım rubilniki off” əməliyyatı nəticəsində Krımda 11, digər işğal olunmuş ərazilərdə isə 2 olmaqla, ümumilikdə 13 energetika qovşağı və elektrik yarımstansiyası vurulub.
İyulun 1-dən 22-dək həyata keçirilən bu əməliyyatın ümumi nəticələrinə əsasən, işğalçıların 117 energetika hədəfi sıradan çıxarılıb. Zarər dəyən obyektləri əks etdirən foto və video sübutların, eləcə də zərbə xəritəsinin yaxın vaxtlarda təqdim olunacağı bildirilir.
“AzPolitika.info”

Şərhlər