Menu

Onların işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026, 15:15
Onların işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerinə təyinatı zamanı nəzərə alınan meyarların dairəsi genişləndirilir.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qərara əsasən, həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi zamanı həmin şəxslərin ailə vəzifələri də nəzərə alınacaq.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol