Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamına əsasən, R.Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan başqa, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

1990-1995 Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
2002-2004 G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib
2017-2020 Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib
1990-1992 Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.
1992-1994 Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.
1995-1996 Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub
1996-2000 Bakı Hərbi Prokurorunun köməkçisi
2000-2001 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe
2001-2006 Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib
2006-2008 Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq Hüquq məsələləri şöbəsinin müdiri
2008-2010 Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib
2010-2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub.
2015-2021-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri
2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilib.
2021-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Türkiyə Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.
İngilis, rus və türk dillərini bilir.
Rəşad Aslanov 13 oktyabr 1977-ci ildə anadan olub.
Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 27 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Bir müddət sonra isə Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Uruqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Diplomat 18 oktyabr 2022-ci ildən bu günə qədər Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çaışıb.
Rəşad Aslanov İngilis, rus, türk, italyan, ispan dillərində sərbəst, ərəb dilində isə orta səviyyədə danışa bilir.
Evlidir, iki övladı var.

Şərhlər