NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) təcrübə keçən Çin əsilli Kanada vətəndaşı üçüncü ölkənin xeyrinə casusluq etmək və cinayətkar təşkilatda iştirak etmək şübhəsi ilə Belçikada həbs edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Belçika Federal Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, SHAPE təhlükəsizlik xidmətinin əməkdaşları onun fəaliyyətinə diqqət yetirib və bu barədə Baş Kəşfiyyat və Təhlükəsizlik İdarəsinə (SGRS) məlumat veriblər.

Casusluq işlərinin istintaqı ilə məşğul olan Federal Prokurorluq araşdırmanı Şarlerua Federal Məhkəmə Polisinə tapşırıb. İş üzrə şübhəlinin evində və onun iş yerində axtarışlar aparılıb.

Məlumata görə, istintaq davam edir.