SEPAH-ın xüsusi nümayəndəsi general Hüseyn Mohebbi bildirib ki, 8–15 iyul tarixlərində baş verən döyüşlər zamanı İranın endirdiyi zərbələr nəticəsində ABŞ-yə təxminən 20 milyard dollar maddi ziyan dəyib. 

Onun sözlərinə görə, hücumlar zamanı komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sistemləri, radar stansiyaları, rabitə mərkəzləri, sursat anbarları, logistika obyektləri, təyyarə anqarları, qırıcılar və dronlar hədəfə alınıb.

Mohebbi iddia edib ki, zərərin böyük hissəsi dörd "Patriot" hava hücumundan müdafiə sistemi və altı radar stansiyasının məhv edilməsi ilə bağlıdır. O, həmçinin İranın 8 iyuldan etibarən Yaxın Şərqdəki ABŞ bazalarında 200-dən çox Amerika hərbçisini öldürdüyünü irəli sürüb.

ABŞ rəsmiləri isə hələlik bu iddialarla bağlı hər hansı rəsmi təsdiq və ya təkzib açıqlamayıb.

"AzPolitika.info"