Menu

AZƏRBAYCANDA PENSİYA YAŞI 70 OLUR? - Deputatdan AÇIQLAMA

27.07.2026, 21:11
AZƏRBAYCANDA PENSİYA YAŞI 70 OLUR? - Deputatdan AÇIQLAMA

Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var.

"AzPolitika" xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Deputat bildirib ki, Milli Məclisin deputatları hazırda məzuniyyətdədir, qanunverici orqanın üzvlərinin məzuniyyət dövrü sentyabrda başa çatır: “Sözügedən layihənin parlamentə daxil olması ilə bağlı məlumatım yoxdur. Ümumiyyətlə, inanmıram ki, belə bir layihə Milli Məclisə təqdim olunsun. Bilirsiniz ki, Azərbaycanda həm kişilər, həm də qadınlar üçün artıq 65 yaş təqaüd yaşı kimi təsdiq edilib. Bu yaşın dəyişdirilə, artırıla biləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar, gedən müzakirələr düzgün deyil. Görünən budur ki, əlavə müzakirələr açmaq üçün kimlərinsə marağına xidmət edir. Heç bir halda həqiqətə uyğun deyil”.

Şərhlər

Roma 2026-07-28 15:20:26

"Mənə elə gəlir ki, pensiya yaşını 70 yox 75-80 yaşa qaldırmaq lazımdır...elə olarsa büdcəyə də xeyli qənaət etmiş olarıq və həmdə işgüzarlığımız da artmış olar..."

Vətəndaş 2026-07-27 16:42:02

Son 5 ildə ət.7 manatdan 14 -20 man,duyu1 manatdan4-6 man,cay7manatdan 25-27 manata.internet 8man 25-28 manata,yağ 5 -6 manatdan 15-25 manata,işıq qaz.su haqları.zibil pulu,ictimai nəqliyyat, dəfələrlə,bərbər və d xidmətlərdə ki artım,gigiyenik və təmizlik vasitələri dəfələrlə artıb amma yaşayış minimumda,istehlak səbətinə gələ də yenidən baxilmayib

pensiyoner 2026-07-27 16:38:57

Bu artıq millətə xalqa Azəri türklərinə qarşı düşmənçilikdir

Roma 2026-07-27 16:02:50

Sıravi deputatların əmək haqqı 01.01.2026 tarixdən 9000 manatdır və onlar bir o qədər də təsərrüfat xərcləri üzrə əlavə alırlar... o ki qaldı təqaüd məsələsinə burada böyük bir ədalətsiz bir sistem var, belə ki, biri 220 və ya 300-400 manat, digəri 2-3 min, 3-5 min və hətda 5-10 min manat alanlar da var...

Adil 2026-07-27 13:26:21

Minumum əmək haqqını artırmır siz onda gəlir vergisini azaldın ildə 12 ay var vergi isə 14 faizlə başlanır nə qədər məntiqlidir 1000 man əmək haqqına görə 10 faiz,2501 manatdan 11faiz,3501 man sonra 12 faiz və s olmalıdır Bu daha ədalətli olardı 25 ildən çox stajı olan təqaüdçülərin minumum pensiyasına əmsal tətbiq olunmalıdır.Əh sos mud nazirliyi nə iş görür pensiya sistemində ciddi islahatlar aparilmalidir144 əmsalına,istehlak səbətinə yenidən baxılmalı idi millət vəkilləri bu məsələləri həll edib sonra məzuniyyətə çıxmalı idilər

Azər 2026-07-27 13:15:42

Deputatların maaşı ildə 3 ay minumum əmək haqqı səviyyəsində verilsin.3 uşağı olanlara vəd edilən güzəştlər necə oldu? körpə usaq anlamır yemək istəyir,Pampers istəyir,onlara dərman lazımdır,nəzərə alsaq uşaqların əksəriyyətində qüsurlar var.Amna millət vəkilləri ozlərinə aid olan güzəştləri,artırmalariı o andaca həll edirlər.minumum əmək haqqınin 5 misli qədər olmalıdır deputatın maasi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol