Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Prezident Volodimir Zelenskinin ABŞ-yə son səfəri ilə bağlı maraqlı paylaşım edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna hakimiyyəti ilə problemləri olan və hazırda ABŞ-də yaşayan Arestoviç Zelenskinin səfərini olduqca uğurlu hesab etdiyini bildirib.
O qeyd edib ki, Vladimir Putinin zamanında Donald Tramp tərəfindən ona edilən təkliflərdən imtina etməsi hazırda Rusiyaya baha başa gəlir. İndi isə ABŞ Ukraynaya daha açıq və daha böyük dəstək verməklə, Rusiyaya seçim yeri qoymur:
“Bu məsələnin çox dərininə getmək istəmirəm, amma Zelenskinin dünən Vaşinqtonda keçirdiyi görüşlərin əsas mövzularından biri Ukraynanın yenidən silahlanmasında fundamental irəliləyiş oldu.
Söhbət təkcə geniş çeşiddə silah və hərbi texnikanın (əsasən hava hücumundan müdafiə və uzaqmənzilli silahlar) istehsalı üçün Amerika lisenziyalarının verilməsindən getmir, həm də bu məqsədlə böyük miqdarda yardımın göstərilməsindən gedir.
Eyni zamanda, yaxın gələcəkdə Kiyev və Moskvaya səfərlər planlaşdıran Amerika diplomatları Kremlə birmənalı təklif verəcəklər: Ya payızda sülh müqaviləsi bağlanacaq, ya da Ukrayna texnoloji cəhətdən inkişaf etmiş hərbi supergücə çevriləcək və indi sizin üzərinizə uçan silahlar qısa müddət ərzində iyirmi dəfə artacaq(hələ cəbhəni demirəm). Ümumiyyətlə, ya cəbhə xəttində tormozlayırıq, ya da sizin işiniz bərbad olacaq. Çünki əlavə sanksiyalar gələcək, budur, Konqresin üçdə ikisi artıq onlara səs verib…
Belə düşünülüb. Sazişlərin(ABŞ ilə Ukrayna arasında) faktiki paketi daha genişdir və dünyanın digər yerlərindəki əməkdaşlığa da şamil olunur.
Və yenə də axmaq Putinə deyildi: Ankoric ruhunu qəbul edin, orada gözəl təkliflər var.
Lakin Kreml özünü həddindən artıq şişmiş hiss edirdi. İroniya ondadır ki, bu şişkinlik hiyləgər NATO tərəfindən deyil, kiçik və cazibədar Ukrayna tərəfindən darmadağın ediləcək . O Ukrayna ki, mövcud deyildi, süni idi və üç günə alınacaqdı…”.
“AzPolitika.info”

Şərhlər