"Düzünü desəm, Boris Nikolayeviç Yeltsinin hakimiyyəti vaxtından əvvəl təhvil vermək üçün özündə cəsarət tapması və hakimiyyəti o dövrdə Rusiyanı qoruya biləcək yeganə şəxsə təhvil verməsi - bu, hadisələrin tarixi dönüş nöqtəsidir və Rusiyanın Tanrı tərəfindən "işarələndiyini" göstərir".
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
Lavrovun sözlərinə görə, Vladimir Putin Rusiyanı ilahi müdaxilə sayəsində idarə etməyə başlayıb. O hesab edir ki, Putinin hakimiyyətə gəlişi zamanı "ölkədə hər şey iflas həddində idi": "Və işlər həqiqətən çətinləşəndə biz yuxarıdan kömək alırıq".
Bir müddət əvvəl rejissor və təbliğatçı Nikita Mixalkov da Putinin Rusiya üçün ilahi seçim olduğunu iddia etmişdi.
Eləcə də Patriarx Kirill 2025-ci ildə Putini onlara bəxş etdiyinə görə rusların Tanrıya şükür etməli olduqlarını demişdi və iddia etmişdi ki, Rusiya "birbaşa Tanrı tərəfindən idarə olunur", hətta Ukrayna ilə müharibə də Tanrı tərəfindən dəstəklənib…
Qeyd edək ki, Putin bu vəzifəni 31 dekabr 1999-cu ildə, Prezident Boris Yeltsin vaxtından əvvəl istefa verdiyini elan etdikdən və səlahiyyətlərini ona ötürdükdən sonra tutub. Konstitusiya dəyişikliklərinə görə, o, 2030-cu ildə 6-cı dəfə prezidentliyə namizədliyini irəli sürə və 2036-cı ilə qədər hakimiyyətdə qala bilər.
“AzPolitika.info”

Şərhlər